Son yeniləmə: 22 May 2023 15:24
BAYARQDAR MEDİA – 2023-cü ilin yanvar-aprel aylarında DOST mərkəzləri tərəfindən 238 min vətəndaşa xidmət göstərilib və DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98,3 faiz təşkil edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 22-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hazırda fəaliyyət göstərən 6 DOST mərkəzində sosial sahələr üzrə 154 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ şəkildə təqdim olunur: “Ötən dövrdə bu mərkəzlərdə ümumilikdə 1,51 mln. vətəndaşa xidmət göstərilib. “Könüllü DOST” proqramına isə son 4 ayda daha 10,1 min müraciət olub və proqrama daha 504 nəfər cəlb edilib. Hazırda Naxçıvan, Bərdə, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallı, Şuşada da DOST xidmətləri infrastrukturunun qurulması üçün işlər aparılır”.