Son yeniləmə: 22 May 2023 16:16
BAYRAQDAR MEDİA – Türkiyə ilə KKTC arasında “Sağlamlıq Turizmi Əməkdaşlıq Protokolu” imzalanıb.
Bu barədə Kibris Postası məlumat yayıb.
Bildirilib ki, Kıbrıs Sağlamlıq Turizmi Şurasının verdiyi yazılı açıqlamaya görə, İstanbulda protokolu Türkiyə Sağlamlıq Turizminin İnkişafı Şurası İcraiyyə Şurasının sədri Köksal Holoğlu və millət vəkili, Dünya Sağlamlıq Turizmi Şurasının dönəm başqanı, Kıbrıs Sağlamlıq Təşkilatının sədri Ahmet Savaşan imzalayıblar.
Protokolla Türkiyə ilə KKTC arasında sağlamlıq turizmi, xüsusilə fizioterapiya, estetika, IVF, ürək və sağlamlıq sahələrində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və yeni sağlamlıq turizmi investisiyalarının gətirilməsi üçün işlərin aparılması nəzərdə tutulur.
A.Savaşan çıxışında edilən protokolun Kıbrıs Sağlamlıq Turizmi Şurasının 2023-cü il üçün təyin etdiyi sağlamlıq turizmi gəlirlərində yüzdə 50, məşğulluqda isə yüzdə 20 artım hədəfinə nail olunmasına əhəmiyyətli töhfə verəcəyini bildirdi.