BAYRAQDAR MEDİA – Çıxışına Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsis olunmasının 75-ci ildönümü münasibətilə Qoşulmama Hərəkatına (QH) üzv ölkələr adından təbriklə başlayan səhiyyə naziri Teymur Musayev qeyd edib ki, QH üzv ölkələri hər bir insanın tibbi xidmətlərə çıxışının təmin edilməsinin mühüm məsələ olduğunu vurğulayır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 22-də sözügedən Nazirlikdən daxil olub.
Xəbərdə deyilir ki, “QH SARS-COV-2 pandemiyasının nəticələrinin uzun müddətdə idarə olunması üçün ÜST-lə əməkdaşlığa hazırdır. Hərəkat pandemiyanın təsirlərinin aradan qaldırılması üçün qlobal səylərin gücləndirilməsində mühüm rol oynayıb. Peyvəndlərə bərabər, vaxtında və universal çıxışın təmin edilməsinə dair qətnamə BMT-nin İnsan Hüquqları Şurası tərəfindən qəbul edilib. Həmçinin QH üzv ölkələrin COVID-19 a qarşı tibbi və humanitar ehtiyaclarına dair məlumat bazası istifadəyə verilib. Hərəkat COVID-19 a qarşı vaksin ianə edən ölkələrin səylərini yüksək qiymətləndirir. QH 2 mart 2023-cü il tarixdə Bakıda Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş COVID-19 a cavab olaraq pandemiyadan sonrakı qlobal canlanma üzrə Hərəkatın Təmas Qrupunun Sammit səviyyəli görüşünü alqışlayır. QH üzv ölkələri səhiyyədə təhlükəsizlik və daha güclü səhiyyə sistemlərini təmin etmək üçün Universal Səhiyyə Əhatəliliyinə və 2030-cu ilə kimi səhiyyə ilə bağlı Davamlı İnkişaf Məqsədlərinə nail olmağa sadiqliyini bir daha ifadə edir”.
Sonda T.Musayev QH-nın ÜSA-nın 76-cı sessiyasında iştirak edən dövlətlərin gələcək pandemiyalara daha hazırlıqlı olması üçün səhiyyədə effektiv tədbirləri prioritetləşdirməkdə həmrəyliyinə ümidvar olduğunu bildirib.