BAYRAQDAR MEDİA – Mayın 27-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Paris Notr-Dama ithaf” tamaşası nümayiş olunacaq.
Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “tamaşa dünya şöhrətli yazıçı Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında hazırlanıb. Əsərdə ali insan nümunəsini ön plana çəkilərək böyük, plotonik sevgidən bəhs edilir. Tamaşada “Notre-Dame de Paris” müziklına görə “Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünya şöhrətli bəstəkarların Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib”.
Teatrın quruluşçu rejissoru Samir Qulamovun quruluşunda səhnələşdirilmiş tamaşanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Sevinc Məmmədovadır.
Qeyd edək ki, bu dəfə tamaşada Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, Nicat Əli, beynəlxalq müsabiqələr laureatı İbrahim Əlizadə, Emin Zeynallı, Zaur Əliyev, Fərid Rzayev, Murad Əliyev, Əli Kərimov, Ofeliya Məmmədova, Cəbrayıl Cəbrayılov oynayacaqlar.