BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlər sırasında müəllifi Prof. Hamlet İsaxanlı olan “Elm və sənət məclisi” kitabı da var.
Kitabın “Elm və sənət məclisi – ünsiyyət ehtiyacı” adlı giriş hissəsində müəllif yazır: “Elmi tədqiqatları və sənət əsərlərini ayrı-ayrı insanlar təklikdə yazıb-yaradır, uzun illər öz içində, beynində, ürəyində gəzdirir, bəsləyib yetişdirir və bir gün, sanki qeyri-ixtiyari surətdə, qəflətən üzə çıxarır. Peşəkar bir insanla ünsiyyətdə olmaq, onunla söhbətləşib fikir mübadiləsi etmək, onu yeni tapıntı və ya orijinal fikirlə sevindirmək xoş və gözəl işdir. Peşəkar bir insanın tənqidi fikirləri və məsləhəti bizim daha dərinlərə baş vurmaq, daha əhatəli olmaq, həqiqətə daha yaxın olmaq imkanımızı artırır”.
Nəşrdə “Fəlsəfə və poeziya”, “İslamda sufilik”, “Orta əsrlər ərəb dünyasında türklər”, “Hürufiliyin mahiyyəti və rəmzləri”, “Etnogenezis və Azərbaycan tarixçiliyi” və s. başlıqlarda yazılara yer verilib.
Qeyd edək ki, kitabın redaktoru Hamlet İsaxanlı, yazıya alanlar publisist Knyaz Aslan, Cabir Məmmədli, komputeri işi isə Əminə Rza qızınındır.