Press "Enter" to skip to content

Baş nazirin partiyası qalib gəlsə də…

Güngör Yavuzaslan

Son yeniləmə: 22 May 2023 10:30

Güngör Yavuzaslan: Mövcud mənzərə ondan xəbər verir ki, Yunanıstanda yaxın aylarda yeni seçkinin keçiriləcəyi ehtimalı böyükdür

BAYRAQDAR MEDİA – “Yunanıstanda parlament seçkiləri başa çatdı. Artıq nəticələr bəllidir. Bu nəticələrə əsasən, Baş nazir Kiriakos Mitsotakisin rəhbərlik etdiyi sağ mərkəzçi “Yeni Demokratiya” partiyası səslərin 40 faizindən çoxunu qazanaraq parlamentdə 145 millət vəkilinə sahib olacaq. Onun ən yaxın rəqibi sabiq baş nazir Aleksis Tsiprasın əsas müxalifət partiyası “Radikal Sol Koalisiyası – Proqressiv Alyans” (SYRIZA) isə səslərin cəmi 20,09 faizini alaraq yeni parlamentdə 72 millət vəkilinə malik olacaq. Beləliklə, Mitsotakis və onun partiyası iqtidar dövründən toxunulmaz çıxdı”.

Bunu seçkilərin nəticəslərini BAYRAQDAR MEDİA üçün dəyərləndirən qardaş Türkiyənin tanınmış köşə yazarı, Türkçe Konuşan Ülkeler Uluslararası Gazeteciler Derneğinin genel başqanı Güngör Yavuzaslan deyib.

O, qeyd edib ki, səsvermə hüquq olan seçicilərin 60 faizinin səsverməd iştirka etdiyi bu seçkidə SİRİZA ciddi səs itkisinə məruz qalıb: “Onu tərk edən seçicilər isə 11 faizdən çox səs toplayan sosial demokrat PASOK və 7,4 faiz səs toplayan Kommunist Partiyasına üz tutub. Parlamentə daxil olan sonuncu partiya (3 fazilik barajı keçməklə) isə ifrat sağçı “Yunan həlli” partiyası olub”.

G.Yavuzaslan deyib ki, seçki qanunvericiliyinə edilən dəyişikliyə baxmayaraq, 145 mandat qazanan Yeni Demokratiya təkbaşına hökumət qura bilməz: “Çünki qalib gələn partiyaya super çoxluq gətirən +50 deputat vermək dəyişikliyi bu dəfə qüvvəyə minməyəcək. Hazırda onunla koalisiya qurmağa yaxın olan digər bir partiya da yoxdur. Onsuz da heç kim “Yunan həlli” ilə bir araya gəlmək istəmir. O, “Qızıl Şəfəq”in varisi olmasa da, şübhəsiz ki, həmin qüvvənin elektoratının səslərini aldı. Bir sözlə, mövcud mənzərə ondan xəbər verir ki, Yunanıstanda yaxın aylarda yeni seçkinin keçiriləcəyi ehtimalı böyükdür. Həmin seçkidə super çoxluq tətbiq olunacaq ki, bu da qalibə əlavə yer verəcək”.

Mission News Theme by Compete Themes.