Press "Enter" to skip to content

“Azərbaycan ədəbiyyatında qadın obrazı” adlı mühazirə

Azərbaycan ədəbiyyatında qadın obrazı

BAYRAQDAR MEDİA – Mayın 24-də YARAT-ın XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində cari “Çəhrayı – Qara” qrup sərgisi çərçivəsində mühazirə olacaq. Tədbir Azərbaycanda mütaliə mədəniyyətinin formalaşmasına töhfə vermiş, “Əli və Nino” kitab mağazalar şəbəkəsinin təsisçisi Nigar Köçərli ilə Azərbaycan ədəbiyyatında qadın obrazlarının yaranmasında çıxış edən sosial, mənəvi, həmçinin yerli və qlobal faktorlar haqqındadır. N.Köçərli artıq 20 ildən çoxdur ki, aktiv mütaliə ilə məşğul olur.

Bu haqda YARAT-ın yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “”Sevil” və “Almaz” inqilabi qadın obrazları Azərbaycan bədii ədəbiyyatının nadir nümunələrindəndir. Buna baxmayaraq, Azərbaycan ədəbiyyatının müxtəlif dönəmlərində “fədakar və dözümlü” qadın obrazlarına daha çox rast gəlinir”.

Qeyd edək ki, mühazirə saat 19:00-da başlayacaq.

Mission News Theme by Compete Themes.