Son yeniləmə: 22 May 2023 14:09
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası keçirilir.
Səhiyyə Assambleyasının sessiyası çərçivəsində Azərbaycan səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə tibbi və rəqəmsal texnologiyaların inkişafı sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Siemens Healthineers”in rəhbərliyi arasında ikitərəfli görüş baş tutub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 21-də Səhiyyə Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, səhiyyə sahəsində mütərrəqi texnologiyalarının, süni intellektin və innovativ nailiyyətlərin Azərbaycan təcrübəsində də tətbiqi mexanizmlərinin imkanları və bu sahənin perspektivlərinə dair fikir mübadiləsi aparılıb”.