Press "Enter" to skip to content

ABŞ-də Güney Azərbaycanlı fəallara ciddi xəsarətlər yetirilib

Əhməd Obalı

BAYRAQDAR MEDİA – Güney Azərbaycan Televiziyasının (GünAz.TV) qurucusu və rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı və oğlu Dəniz ABŞ-da vəhşicəsinə döyülüb. Hadisə Əhməd Obalının Azərbaycandan dönüşündən 1 gün sonra baş verib.

GünAz.TV-nin Bakı ofisinin rəhbəri Araz Obalı faktı təsdiq edib.

Araz Obalı deyib ki, Əhməd bəy Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin terror hücumuna məruz qalıb.

Hal-hazırda durumu orta ağırdır.

Hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb, özəlliklə boynu, sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb.

Qollarını və ayaqlarını hiss etmir. İnşallah, ayağa qalxandan sonra hadisə ilə bağlı ayrıntılı bilgiləri özündən eşidəcəyik.

Araz Obalı bildirib ki, hadisə ilə bağlı araşdırma davam edir.

“Polis hücumu həyata keçirənlərin həbs olunduğunu bildirib. Ancaq onların sayı məlum deyil”, – deyə Araz Obalı bildirib.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.