Press "Enter" to skip to content

Kitab tanıtma: “Azərbaycan Xalq Cümhuriyyəti işığında”

Azərbaycan Xalq Cümhuriyyəti işığında

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlər sırasında tarix üzrə fəlsəfə doktoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Nazim Mustafanın “Azərbaycan Xalq Cümhuriyyəti işığında” kitabı da var.

Kitabda müəllifin 1993-2018-ci illərdə AMEA Milli Münasibətlər İnstitutunda, sonra isə Tarix İnstitutunda işlədiyi və Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanasında çalışdığı müddətdə AXC dövrünə aid tədqiqatlarının nəticəsi olaraq ərsəyə gələn elmi məqalələrinin, beynəlxalq konfranslarda etdiyi məruzələrinin və mətbuat səhifələrində işıq üzü görmüş bir sıra məqalərinin mətnləri toplanılıb.

Nəşrdə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli-ərazi münaqişələri və qaçqınlar problemi”, “Azərbaycanın əsgər və zabitləri Türkiyə ordusunda”, “1918-1920-ci illərdə ermənilərin Cənubi Qafqazda və Qars vilayətində ruslara qarşı törətdikləri terror və qırğınlar”, “Tariximizin şanlı və ibarətamiz səhifələri”, “Diplomat Teymur bəy Makinski”, “Türkiyə-Azərbaycan qardaşlığının tarixə qızıl hərflərlə yazılan səhifəsi”, “Fətəli xan Xoyski”, “Nəsib bəy Yusifbəyli”, “Əlimərdan bəy Topçubaşov” və s. başlıqlarda yazılar yer alır.

Qeyd edək ki, kitab AXC qurucularının əziz xatirəsinə həsr olunub. Kitabın üz qabığındakı rəsmi Füzuli Sabiroğlu hazırlayıb.

Mission News Theme by Compete Themes.