Press "Enter" to skip to content

Xalq artisti və millət vəkili məktəbdə

Qonaqlar məktəblə tanış olur

BAYRAQDAR MEDİA – Mayın 18-də Bakının Binəqədi rayonundakı R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə “Heydər Əliyev İli” çərçivəsində Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş “El Atası” adlı növbəti tədbir keçirilib.

Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya mayın 19-da sözügedən məktəbdən veriblər.

Xəbərdə deyilir ki, “şagirdlərin əl işlərinin sərgisi izlənildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükut elan olunub”.

O da bildirilir ki, “rəsmi hissə məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrətin açılış nitqi ilə öz işinə başlayıb. Tədbirin bu hissəsində Milli Məclisin deputatı Aqil Məmmədov, ADPU-nun dosenti Süveyrat Həsənova, BMT-nin Beynəlxalq İnsan Hüquqları Komitəsinin eksperti, prezident təqaüdçüsü Mirdaməd Əzizov, “Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi” İctimai Birliyinin sədri Anar Sarıyev və ictimai-siyasi fəal Anar Salehoğlu çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verib”.

Daha sonra tədbir bədii hissə ilə davam edib: “Bədii hissədə şagirdlərin ifasında xor və musiqilər səsləndirilib, tarixi şəxsiyyətlərin canlandıran kompozisiya nümayiş etdirilib. Sonda Azərbaycan Respublikasının Xalq artisti, Şöhrət və Əmək ordenli sevilən müğənni Niyaməddin Musayev Ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüb və “El atası”, “Dünya sənin, Dünya mənim”, o, cümlədən “Zəngəzur” mahnılarını səsləndirib. Tədbir bütün iştirakçılar tərəfindən maraqla qarşılanıb”.

Mission News Theme by Compete Themes.