Press "Enter" to skip to content

UBP yeni sistemə keçir

Oğuzhan Hasipoğlu

Son yeniləmə: 19 May 2023 12:12

BAYRAQDAR MEDİA – KKTC-nin Ulusal Birlik Partiyasının (UBP) baş katibi və millət vəkili Oğuzhan Hasipoğlu Kıbrıs Postası TV-də Uluş Barışın təqdimatında yayımlanan “Gündəm” adlı verilişin qonağı olub.

Məlumata əsasən, verilişdə o, UBP-də edilməsi planlaşdırılan nizamnamə dəyişikliyi ilə bağlı fikir bildirib.
O.Hasipoğlu partiya daxilində nümayəndə sisteminə keçmək istədiklərini və işlərin bu istiqamətdə getdiyini deyib.

Kibris Postasi xəbər verir ki, baş katib iki həftə əvvəl keçirilən Partiya Məclisinin (PM) iclasında nümayəndə sisteminin müzakirəyə açıldığını bildirib: “İclasda hər kəs öz fikrini bildirdi. Qiymətləndirmə aparılacaq. Növbədənkənar seçkilərdən sonra biz nümayəndə sistemi ilə bağlı nizamnamənin qüvvəyə minməsini istəyirik”.

Mission News Theme by Compete Themes.