Son yeniləmə: 19 May 2023 13:23
BAYRAQDAR MEDİA – Türkmənistanın Qırğızıstandakı səfiri Şadurdı. Meredov, Yusuf Balasaqunlu adına Qırğızıstan Milli Universitetinin rektoru T.Abdırəhmanov ilə görüşüb.
Atavatan-Türkmenistan xəbər verir ki, görüş zamanı Türkmənistanla bu universitet arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə edilib.
O cümlədən, Doğunun böyük mütəfəkkiri, klassik şairi Mahtumquli Firakinin anadan olmasının 300 illiyi ilə bağlı nəzərdə tutulan tədbirlər barədə universitetin rektoruna məlumat verilib.
Bununla əlaqədar olaraq 2023-cü ilin sentyabrında universitetdə dəyirmi masa, 2024-cü ildə isə “Mahtumquli yaradıcılığının dünya ədəbiyyatına töhfəsi” adlı beynəlxalq elmi konfransın keçirilməsi razılaşdırılıb.
Bundan əlavə, rektor Mahtumquli Firakinin şeirlərinin qırğız dilinə tərcüməsi istiqamətində səfirliyin işinə hərtərəfli dəstək verəcəyini açıqlayıb.