Press "Enter" to skip to content

Sibel Mustafaoğlu: Azlıqdan bir qadın parlamentə girib tarix yazmalıdır

Sibel Mustafaoğlu

Son yeniləmə: 19 May 2023 18:34

BAYRAQDAR MEDİA – Yunanıstanda keçiriləcək parlament seçkilərinə Batı Trakya türkləri də ciddi şəkildə hazırlaşır. Bu arada Rodop PASOK-dan millət vəkilliyinə namizəd Sibel Mustafaoğlu maraqlı aşıqlama verib.

Birlik Gazetesinə açıqlamasında o, Batı Trakya türk azlığının problemləri ilə bağlı sualları cavablandırıb.

O, həmçinin, “PASOK Partiyası uzun illərdir siyasi baxımdan yanında olduğum partiyadır. Onu Yeni Demokratiya Partiyası ilə heç vaxt müqayisə etmək olmaz. Bu azlıqda olan şəxs 1967-ci ildən bəri sağ partiyaların nə olduğunu çox gözəl bilir” deyə bildirib.

Sibel Mustafaoğlu deyib ki, azlıqdan olanlar öz içlərindən çıxan namizədə səs verməlidirlər: “Mən irqçi deyiləm, ayrıseçkilik etmirəm. Amma mən azlıqda olan insanların səsini istəyirəm ki, biz bu çətin yolda birlikdə addımlaya bilək. Onları ən yüksək səviyyədə təmsil edəcəyimə bir an belə şübhə etməməlidirlər. Azlıqda olan qadın parlamentə girməli və tarix yazmalıdır. Düşünürəm ki, cəmiyyətimiz buna layiqdir. Qoy mənə dəstək olsunlar”.

Mission News Theme by Compete Themes.