BAYRAQDAR MEDİA – Qida məhsulları, alkoqolsuz içkilər sahəsində,o cümlədən bioloji aktiv qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarların, müəssisə və təşkilatların maarifləndirilməsi məqsədilə seminar keçirilib. Seminar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) və Azərbaycan Qida Təhlükəsizliyinin Agentliyinin (AQTA) birgə təşkilatçılığı, Audiovizual Şuranın nümayəndələrinin iştirakı ilə olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 19-da Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Xidmətinin nümayəndələri tərəfindən iştirakçıların diqqətinə aidiyyəti sahələr üzrə haqsız rəqabət və reklam qanunvericiliyinin tələbləri çatdırılıb, sahibkarların hüquq və öhdəlikləribarədə ətraflı məlumat verilib: “Tədbir zamanı seminar iştirakçılarının xüsusi ilə bioloji aktiv qida məhsullarının qeydiyyatına, onların içlik vərəqlərinə və sosial şəbəkələrdə reklamlara dair sual və təklifləri dinlənilib, onlara müvafiq izahat verilib”.