BAYRAQDAR MEDİA – İyunun 3-də saat 16:00-da Xətai Sənət Mərkəzində yaradıcı şəxslərin palitrasında daha çox təbiətin rənglərini görmək və naturadan işlənmiş əsərlərə ictimai marağın artırılmasına xidmət məqsədi ilə elan olunmuş “Plener əsərlər sərgisi” olacaq.
Bu haqda sözügedən Mərkəzin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində elan olunmuş, təbiət qoynunda yaradılmış əsərlərdən ibarət yaradıcılıq sərgisinə 200-dən çox fırça ustası 500-ə yaxın yağlı boya, akril, sulu boya və s. texnikada yaratdıqları əsərlər təqdim edilib. Təqdim olunan əsərlər arasından 60-a yaxın rəssamın 76 əsəri sərgidə nümayiş olunacaq. Əsərlər mayın 30-dək XSM-nin ikinci mərtəbəsinə təqdim olunmalıdır. Əsərləri nümayiş olunan müəlliflər sertifikatla təltif ediləcəklər. Həmçinin, sərgidə tamaşaçının seçdiyi bir əsərin müəllifi və münsiflərin seçdiyi bir əsərin müəllifinə hədiyyə təqdim olunacaq”.
Qeyd edək ki, sərgi 3 gün davam edəcək.