Press "Enter" to skip to content

Britaniya hökuməti icmamızın məktubunu cavablandırıb

Diasporla İş üzrə Dövlət Komitəsi

BAYRAQDAR MEDİA – Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş KrallığınınXarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) bu ölkədə fəaliyyət göstərən Azərbaycan icmasının Ermənistana əsir düşmüş azərbaycanlı əsgərlər Aqşin Bəbirov və Hüseyn Axundovla bağlı məktubunu cavablandırıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 19-da Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahovaya ünvanlanan məktubda Ermənistan hakimiyyəti tərəfindən hər iki Azərbaycan əsgərinəqarşı qeyri-insani rəftara yol verilməsi ilə bağlı məlumat verildiyinə görə minnətdarlıq ifadə edilib.

“Mən Azərbaycanla və Cənubi Qafqaz kimi daha geniş regionla əlaqələrimizə məsuliyyət daşıyan nazir kimi cavab verirəm. FCDO ümumbəşəri insan hüquqlarının önə çəkməyə can atır.Biz dövlətləri məhbuslarla beynəlxalq insan haqları hüququna uyğun davranılmasını təmin etməyə çağırırıq. Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 10-cu maddəsinin tələb etdiyi kimi, buna humanist rəftar və insan şəxsiyyətinə xas ləyaqətə hörmət daxildir. Dövlətlər himayəsində olan şəxslərlə humanist rəftarsahəsində minimum təminatları təmin etmək üçün tədbirlər görməlidir.Buna məhbusların ilkin tələbatının və əsas ehtiyacları ilə bağlı xidmətlərin təmin edilməsi daxildir. Böyük Britaniya hökuməti mütəmadi olaraq müxtəlif tərəfdaşlarla, o cümlədən Ermənistanla insan hüquqları məsələlərini qaldırır”, – deyə məktubda vurğulanıb.

Mission News Theme by Compete Themes.