Press "Enter" to skip to content

Attila Kovacs: İki ölkə arasında əlaqələr dinamik inkişaf edir

Attila Kovacs

Son yeniləmə: 19 May 2023 14:03

BAYRAQDAR MEDİA – “Macarıstanla Azərbaycanla əlaqləri dinamik şəkildə inkişaf edir. Təbii ki, iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri və imzalanan sənədlər də burada mühüm rol oynayır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Macarıstanın Türk Dövlətləri Təşkilatındakı nümayəndəliyinin kommunikasiya və ictimai əlaqələr üzrə təmsilçisi Attila Kovacs deyib.

Onun sözlərinə görə, 2023-cü ilin yanvarında Prezident İlham Əliyevin Macarıstana səfəri bu baxımdan xüsusilə yaddaqalan oldu: “Cənab İlham Əliyevin həmin səfəri zamanı Macarıstanın Prezidenti Kotalina Novak və Baş nazir Viktor Orbanla çox məhsuldar müzakirlər aparıldı. Biz iki ölkə arasındakı əməkdaşlığın daha da inkişaf etməsində maraqlıyıq. Təbii ki, Azərbaycan tərəfindən də eyni marağı müşahidə edirik. Hesab edirəm ki, bu əməkdaşlıq yaxın gələcəkdə daha da inkişaf edəcək”.

Tərəflər arasında əməkdaşlıqda enerji məsələsinin də mühüm önəm kəsb etdiyi vurğulanıb: “Bildiyiniz kimi Rusiya-Ukrayna müharibəsi Avropanın enerji təhlükəsizliyi məsələsini xüsusilə də aktuallaşdırıb. Bu baxımdan Macarıstan da vaxtında tədbirlər görür və Azərbaycanla enerji, təbii qaz sahəsində əməkdaşlıq bizim üçün xüsusi önəm kəsb edir”.

A.Kovacs iki ölkənin TDT daxilində əməkdaşlığının da önəmini vurğulayıb: “Bu əməkdaşlıq xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına təkan verir. TDT daxilində əməkdaşlıq mədəniyyət, tarix, musiqi sahəsində iki xalqın bir-birnin dajha yaxından tanımasına imkan verir”.

Mission News Theme by Compete Themes.