Press "Enter" to skip to content

Ərdəbildə çörəklə bağlı etirazlar baş verib

Etirazçılar

BAYRAQDAR MEDİA – Son günlər yaranan çörək qıtlığı Ərdəbildə əhalinin narazılığına səbəb olub. Mayın 18-də şəhərdə çörək sexlərinin sahibləri etiraz aksiyası keçiriblər.

Bu barədə xəbəri GüneyAzFront yerli mətbuat və sosial media kanallarına istinadla yayıb.

Xəbərdə bildirilir ki, Taxıl və Ticarət Baş İdarəsi qarşısına toplaşan etirazçılar onlar üçün ayrılan un kvotasının azaldılmasından narazılıq ediblər.

Narazılar Ərdəbildə yenidən çörək qıtlığının yaşandığını, çörək mağazaları qarşısında uzun növbələrin yarandığını və vətəndaşlarla çörək sexləri işçiləri arasında qarşıdurmalar baş verdiyini bildiriblər.

Qeyd edilir ki, bundan öncə, 2022-ci ilin ikinci yarısında bir çox şəhərlərdə, o cümlədən Ərdəbildə müxtəlif növ çörəklərin qiyməti kəskin artıb və istehsalı azalıb. Buna baxmayaraq İran hökuməti Livana və Hizbullah təşkilatına böyük miqdarda taxıl və un göndərməyə davam edir.

Mission News Theme by Compete Themes.