BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasının Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli Vikipediyada Şuşanın bulaqları ilə bağlı məqalə yaradıb.
Məqalədə Şuşada yerləşən beş bulaq – Xan qızı bulağı, Çöl qala bulağı, Novlu bulaq, Qotur bulağı, Çuxur məhəllə bulağı haqqında məlumat yer alır. Sözügedən bulaqlar Şuşada məşhur bulaqlardan, tarixi yerlərdən, memarlıq abidələrindən biri sayılır.
X.Məmmədli BAYRAQDAR MEDİA-ya bildirdi ki, bu məqalələr də “Şuşa ili” çərçivəsində Azərbaycan dilli vikipediyada yaradılan məqalələr sırasına daxildir. O, həmçinin qeyd etdi ki, Şuşa ili çərçivəsində yaradılan məqalələr Şuşanın tarixi, maddi-mədəni abidələrinin tanıdılması istiqamətində böyük rol oynayıb.
Qeyd edək ki, Çuxur məhəllə bulağı XVIII əsrdə, digər dörd bulaq isə XIX əsrdə inşa edilib.