Press "Enter" to skip to content

“Qlobal sağlamlıq və xoş rifah” şüarı altında şahmat seansı

Son yeniləmə: 18 May 2023 11:31

BAYRAQDAR MEDİA – Mayın 18-də Milli Azərbaycan Tarixi Muzeyində “Qlobal sağlamlıq və xoş rifah” şüarı altında fiziki məhdudiyyəti olan şəxslər üçün şahmat seansı keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 18-də sözügedən Muzeydən daxil olub.

Xəbərdə deyilir ki, “2020-ci ildən etibarən Beynəlxalq Muzeylər Günü hər il BMT-nin dayanıqlı inkişaf sahəsində müəyyən etdiyi bir sıra əsas müddəaları dəstəkləyir. Muzeylər cəmiyyətin rifahına və dayanıqlı inkişafına mühüm töhfələr verir. İnsanlar muzeylərə güvənir, onları sosial həyatın sütunu kimi qəbul edir və bu onları ardıcıl pozitiv dəyişikliklərin potensial bələdçisi edir. “Muzeylər, dayanıqlılıq və rifah” devizi altında 18 may 2023-cü il tarixində Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyi, Gənclər və İdman Nazirliyi Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı və “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin dəstəyi ilə “18 may- Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş “Qlobal sağlamlıq və xoş rifah” şüarı altında fiziki məhdudiyyəti olan şəxslər üçün Beynəlxalq Qrossmeyster Zeynəb Məmmədyarovanın iştirakı ilə şahmat seansı keçiriləcək”.

Qeyd edək ki, tədbir 18 may 2023-cü il tarixində muzeyin böyük konfrans zalında saat 13:00-da başlayacaq.

Mission News Theme by Compete Themes.