Son yeniləmə: 18 May 2023 18:38
Semetey Amanbekov: Azərbaycan mediası bu dezinformasiyaları təkzib edərək reallığı bütün dünyaya çatdırdı
BAYRAQDAR MEDİA – “Mən qardaş Azərbaycan xalqına və mediasına dərindən minntədarlıq edirəm. Çünki bir müddət öncə Tacikistanla sərhəddə baş verən xoşagəlməz hadisələr zamanı onlar haqqın yanında oldular. Azərbaycan mediası hadisələrin ilk günündən prosesə olduğu kimi qiymət verərək, qardaş Qırğızıstanı dəstəklədi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Qırğızıstanın bulak.kg saytının baş redaktoru Semetey Amanbekov deyib.
O, qeyd edib ki, həmin vaxt bəzi ölkələr dezinformasiya yayaraq, belə bir təəssürat yaratmaq istəyirdilər ki, guya Qırğızıstan Tacikistana hücum edib: “Belə bir dezinformasiya yayılırdı ki, guya Qırğızıstan sərhəd bölgəsində ağır silahlardan istifadə edir. Məhz belə bir çətin vaxtda köməyimizə qardaş Azərbaycan xalqı, Azərbaycan mediası çatdı. Azərbaycan mediası bu dezinformasiyaları təkzib edərək reallığı bütün dünyaya çatdırdı”.
Vurğulanıb ki, əslində, bu, 44 günlük Vətən müharibəsində Azərbaycanın tuş gəldiyi qara təbilğat, dezinformasiyaya bərabər bir hal idi: “Böyük xəbər saytları, media qurumları belə bir yalan informasiya tirajlayırdılar ki, sankı Qırğızıstan Tacikistana hücum edib. Bu cür fikir beynəlxalq arenada formalaşdırılırdı və biz qara təbilğata, kütləvi dezinformasiya hücumuna məruz qalırdıq. Məhz belə bir vaxtda Azərbaycan mediası, Azərbaycan blogerləri meydana atıldılar. Dünyaya əsl həqiqətləri çatdırdılar. Onların arxasınca isə Qazaxıstan mediası dəstəyimizə yetişdi. Beləliklə də bizə qarşı beynəlxalq arenada təşkil edilən qara piar kampaniyası ifşa edildi. Bu həmrəylik bizə həm də BMT çərçivəsində haqlı olduğumuzu təsdiq etməkdə yardımçı oldu. BMT-nin yüksək tribunasından bəyan edildi ki, hücum edən tərəf Qırğızıstan deyil, Tacikistandır”.
Onun sözlərinə görə, baş verənlər bir daha ona işarə edir ki, türk dünyası media sahəsində, informasiya sahəsində, rəqəmsal informasiya sahəsində vahid mövqedən çıxış etməlidir: “Bu baxımdan Türk Dünyası Köşə Yazarları Simpoziumunun da mühüm bir addım olduğunu düşünürəm. Bu istiqamətdə davamlı addımlar atılmalıdır. Biz qardaş xalqlarıq. Bizə bizdən yaxın kimsə yoxdur. Üzləşdiyimiz probelmlərə qarşı birlikdə, vahid güc halında mübarizə aparmalıyıq. Bu baxımdan qlobal bəla kimi ortaya çıxan dezinformasiya və qara təbliğata qarşı da birlikdə mübarizə vacibdir. Hesab edirəm ki, bu tədbir davamlı olacaq və gələcəkdə bunun fonuda bir birlik də yaranacaq”.
S.Amanbekov deyib ki, ümumiyyətlə, biz bütün sahələrdə bir olmalıyıq: “Bu birliyi təmin edə bilsək uğurlar əldə edərik. Eyni zamanda yazıcılar, kinomotoqrafçıları da birləşməldir. Bizi zamanında bir-birimzidən ayrııb, manqurta çeviriblər. Biz bundan qurtulmaqla yanaşı zamanıda üzləşdiyimiz faicəlri gəlcək nəsillərə filmlərin, romanalrı dili ilə çatdırmaləyıq. Xalqlarımızın üzləşdiyimiz problemləri gənclərə çatdırmaq olduqca vacibdir”.