Press "Enter" to skip to content

Nazirliyin əməkdaşları əfv olunmuş qadın məhkumlarla görüşüb

Sosial reabilitasiya yönümlü tədbirlər həyata keçirilir

Son yeniləmə: 18 May 2023 16:02

BAYRAQDAR MEDİA – “Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzladığı Əfv Sərəncamı çərçivəsində azadlığa buraxılan bir sıra şəxslərlə bağlı sosial reabilitasiya yönümlü tədbirlər həyata keçirilir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda belə deyilir.

Qeyd edilir ki, bu tədbirlər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları əfv olunmuş qadın məhkumlarla görüşüb: “Görüşdə iştirak edən şəxslərin ilkin qiymətləndirmə prosesinə başlanıb və hər birinə uyğun olaraq fərdi inkişaf planı tətrib edilib”.

Məlumata əsasən, ilkin qiymətləndirmənin nəticələrinə əsasən onların cəmiyyətə psixo-sosial adaptasiyasına dəstək yönümlü fəaliyyətlərin yerinə yetirilməsi nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.