Press "Enter" to skip to content

MEK-in “İnformasiya bülleteni”nin ilk sayı işıq üzü görüb

İnformasiya bülleteni

BAYARQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) nəşri olan “İnformasiya bülleteni”nin birinci sayı işıq üzü görüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 18-də MEK-dən daxil olub.

Xəbərdə deyilir ki, ““İnformasiya bülleteni” AMEA prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə 2023-cü ildən nəşrə başlayır və ildə 4 sayı nəzərdə tutulur. Bülletendə MEK-in fondlarına cari ilin hər rübündə daxil olan ədəbiyyatlar, ardı davam edən nəşrlər, jurnallar, dissertasiya və avtoreferatlar və sərgilər haqqında məlumatlar var. Həmçinin ayrıca bölmə kimi verilən tədbirlərin xronikasında yer alan materialların yayımladığı mənbələrin linklərinin verilməsi də yenilikdir və axtarış imkanlarını asanlaşdırır. Bülletendə təqdim olunan ədəbiyyatlar elm sahələri üzrə qruplaşdırılıb, əlifba sırası ilə düzülüb. Oxucuların kataloqa müraciət etmədən ədəbiyyat aparması məqsədilə təsvirlərin qarşısında mənbələrin şifrəsi də bülletendə verilib”.

Qeyd ki, bülletenin elmi redaktoru MEK-in baş direktoru, Prof. Məmməd Əliyev, redaksiya heyəti kitabxananın icraçı direktoru, Dos. Şəhla Tahirqızı, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, Gülnar Məmmədova, Mina Qasımovadır. Bülletenin işçi qrupuna Nərgiz Novruzova, Mahnur Həsənova, Afət Məmmədova, Türkan Vahidova, Rəna Cavadova və Nərminə Efendiyeva daxil olublar.

Mission News Theme by Compete Themes.