Son yeniləmə: 18 May 2023 15:27
BAYRAQDAR MEDİA – Baş nazir Məhəmməd Şiya es-Sudaninin Kərkük Səhiyyə Baş direktoru Nebil Boşnakı vəzifəsindən azad etməsindən sonra Birləşmiş İraq Türkmən Cəbhəsi Siyahısı etiraz aksiyası keçirib.
Bu barədə Türkmeneli TV məlumat yayıb.
Məlumatda deyilir ki, aksiyada mətbuata açıqlama verilib.
Açıqlamada Baş nazir Sudaninin bu qərardan dərhal imtina etməsi, Dr. Boşnakdan vəzifəsinə qayıtmasını tələb edilib, Kərkük Səhiyyə Ümumi Müdirliyinə rəhbərliyin türkmənlərin haqqı olduğu və bu addımın siyasi qarşıdurmalar nəticəsində atıldığı bildirilib.
Açıqlamada, həmçinin, Mərkəzi Hökumətin Türkmənlər və ya Sağlamlıq Müdiri ilə bağlı qərarına Birləşmiş İraq Türkmən Cəbhəsi Siyahısı tərəfindən etiraz edildiyi, bu cür hərəkətlərin türkmənlərin yerli seçkilərə qatılmasına mane olmayacağı vurğulanıb.