Son yeniləmə: 18 May 2023 11:01
BAYRAQDAR MEDİA – ABŞ-ın İllinoys ştatının qubernatoru Cey Robert Pritsker Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 18-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumata əsasən, Bəyannamədə nəzərə çatdırılıb ki, ABŞ-da yaşayan bütün Azərbaycan əsilli amerikalılar kimi, Çikaqodakı Azərbaycan icmasıda regional müxtəlifliyə, mədəniyyətlərarası inkişafa, sülhə və çiçəklənməyə öz töhfələrini verirlər: “Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) 2015-ci il 15 aprel tarixində fəaliyyətə başladığına və təşkilatın inkişafında uğurlara nail olduğuna diqqət cəlb edilib”.
Bəyannamədə o da nəzərə çatdırılıb ki, 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edilib: “Dünyada yaşayan azərbaycanlıların bu günü böyük qürur hissi ilə qeyd etdiklərini, AXC-nin varisi olan Azərbaycan Respublikasının ABŞ-ın strateji tərəfdaşı olduğunu xatırladan qubernator ştatın sakinlərini bu bayrama qoşulmağa çağırıb. Qeyd edək ki, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzv-təşkilatı olan ACMA-nın təşəbbüsü əsasında bir neçə gün öncə 28 May – Müstəqillik Günü münasibətilə Çikaqonun mərkəzində Azərbaycan bayrağı qaldırılıb”.