Son yeniləmə: 18 May 2023 13:34
BAYRAQDAR MEDİA – 19 May- Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd etmələri çərçivəsində Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının iki döyüş gəmisinin KKTC limanlarında ziyarətçilərin üzünə açılacağı bildirilib.
Məlumatı Kibris Postasi yayıb.
Bildirilib ki, Kıbrıs Təhlükəsizlik Qüvvələri Komandanlığından edilən yazılı açıqlamada, 19 May Atatürkü Anma Gənclik və İdman Bayramı qeyd etmələri çərçivəsində Türk Dəniz Qüvvələri Komandanlığının tabe olan “TCG İmbat (P-335)” və “”TCG Bozcaada (F-) 500)” KKTC-yə liman səfəri edəcəyi bildirilib.
Açıqlamada, TCG İmbat hücum gəmisinin Girne Turizm Limanında, TCG Bozcaada Korvetinin isə 19 May 2023-cü il tarixində saat 10:00-17:00 arasında Mağusa Limanında ictimaiyyətə açıq olacağı vurğulanıb.