BAYRAQDAR MEDİA – Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 18-də Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib. Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür. Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.