Press "Enter" to skip to content

Dörd ayda iyrimi mindən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son yeniləmə: 18 May 2023 18:41

BAYRAQDAR MEDİAƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində bu ilin yanvar-aprel aylarında əlilliyi olan 20,1 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

Onların mühüm bir hissəsini müharibə ilə əlaqədar əlilliyi olan şəxslər təşkil edib.

Bu barədə BAYARQDAR MEDİA-ya mayın 18-də nazirlikdən məlumat verilib.

Bildirilib ki, müasir reabilitasiya şəraitinin yaradıldığı mərkəzlərdə əlilliyi olan şəxslər səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb edilib, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərlə də təmin olunublar: “Bu dövr ərzində əlilliyi olan 4 min 499 şəxs 26 min 219 reabilitasiya vasitəsi ilə təmin edilib”.

Mission News Theme by Compete Themes.