Press "Enter" to skip to content

Bolqarıstan yenidən seçkiyə gedə bilər

Boyko Borisov

BAYRAQDAR MEDİA – “Prodaljavame Promyanata- Demokratik Bolqarıstan” (PP-DB) GERB-SDS koalisiyasının güzgüsü ilə eyni mövqedədir. Əgər bunlardan biri hökumətin qurulmasında uğur qazana bilməyəcəksə, ikincisi də qazana bilməyəcək”.

Bunu parlamentdə mətbuata açıqlama verən GERB lideri Boyko Borisov deyib.

Xatırladaq ki, Bolqarıstanda keçirilən parlament seçkilərindən sonra yeni hökumət qurmaq istiqamətində atılan addmlar hələ ki, nəticə vermir.

Radio Bolqarıstan xəbər verir ki, Boyko Borisov, yeni hökumətin qurulmasi istiqamətində atdıqları addımlar barədə məlumat verib: “Biz çox çalışırıq ki, formula tapıb hökumət quraq. Mən tək nə etməliyəm? Biz ancaq 69 deputatla bu qədər iş görə bilərik”.

B.Borisov iddia edib ki, psarlamentdəki nə ikinci, nə də üçüncü qüvvə hökumət qura bilməz. GERB lideri yeni növbədənkənar seçkilərə eyham vurub.

Boyko Borisov PP-DB texnokratlar hökumətinin təklifini dəstəkləməsə də, GERB-nin Mariya Qabrielin sədrlik etdiyi kabinet təqdim edəcəyini və onun əsas məqsədinin məhkəmə islahatları olacağını bəyan edib.

Mission News Theme by Compete Themes.