Son yeniləmə: 18 May 2023 16:07
BAYRAQDAR MEDİA – Türkmənistanın təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası noyabrın 26-nı Ümumdünya Dayanıqlı Nəqliyyat Günü elan edib. Bu barədə Türkmənistanın BMT-dəki daimi nümayəndəliyinin rəsmi saytında bildirilir.
Atavatan-Türkmenistan xəbər verir ki, bu mühüm təşəbbüs 26 noyabr 2016-cı il tarixində Aşqabadda keçirilən Dayanıqlı Nəqliyyat Sistemi üzrə Ümumdünya Konfransında irəli sürülüb. Həmin vaxt Türkmənistanın BMT-dəki daimi nümayəndəsi, səfir Aksoltan Atayeva Baş Assambleyanın İqtisadi və Sosial Məsələlər Departamenti ilə birgə “Ümumdünya Dayanıqlı Nəqliyyat Günü” Qətnaməsi ilə çıxış edib.
Bu günü təsdiq edən qətnamə isə Baş Assambleyanın 2023-cü il mayın 16-da 77-ci sessiyasının 70-ci məclisində qəbul edilib. BMT-yə üzv olan 67 dövlət bu mühüm Qətnamənin həmmüəllifləri olub.