Press "Enter" to skip to content

AzTU tələbəsinə Avropa Birliyindən cavab

Sadiq Qasımov

Son yeniləmə: 18 May 2023 13:07

BAYRAQDAR MEDİA – Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin 2-ci kurs tələbəsi Sadiq Qasımov Avropa Birliyinin rəsmi veb səhifəsində boşluq aşkar edib.

Bu barədə BAYARQDAR MEDİA-ya universitetdən məlumat verilib.

Bildirilib ki, aşkarladığı boşluğu CERT-EU (The Computer Emergency Response Team for the EU institutions, bodies and agencies) saytına bildirən tələbə təsdiq cavabını alıb və bir müddət sonra məlumatlar saytın “Hall of Fame” hissəsində 2 dəfə paylaşılıb: “Bu məlumatla CERT-EU HoF: https://cert.europa.eu/hall-of-fame saytında tanış olmaq olar. Qeyd edək ki, Sadiq Qasımov bu yaxınlarda AzTU-da keçirilən kibertəhlükəsizlik üzrə CTF (Capture-The-Flag) yarışında birinci yerə layiq görülüb”.

Mission News Theme by Compete Themes.