Son yeniləmə: 18 May 2023 12:32
BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının Avrasiyada infrastruktur üzrə direktoru Ekaterina Miroşnik ilə görüşüb. Görüş Avropa Yenidənqurma və İnkişaf Bankının Özbəkistanın Səmərqənd şəhərində keçirilən Rəhbərlər Şurasının 32-ci İllik Toplantısı çərçivəsində olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 18-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanın Bankla uğurlu əməkdaşlığı vurğulanıb, ölkəmizin sosial-iqtisadi inkişaf prioritetləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində tərəfdaşlıq potensialı diqqətə çatdırılıb: “Tərəflər əməkdaşlığın genişləndirilməsi istiqamətləri, həmçinin, Bankın ölkəmizdə həyata keçirilən dövlət-özəl sektor tərəfdaşlığı və infrastruktur layihələrində iştirakını müzakirə ediblər”.