Press "Enter" to skip to content

“Amerikalı kürəkən” musiqili komediyası göstəriləcək

Tamaşanın afişası

BAYRAQDAR MEDİA – Mayın 21-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Amerikalı kürəkən” musiqili komediyası 58-ci dəfə oynanılacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 18-də sözügedən Teatrdan daxil olub.

Xəbərdə deyilir ki, “yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq artisti İlham Namiq Kamaldır. Səhnəyə qoyulduğu gündən (29 may 2010-cu ildən) böyük maraqla qarşılanan bu tamaşanın musiqisi isə görkəmli bəstəkar Ramiz Mirişlinindir”.

Qeyd edək ki, səhnə əsərində rolları Xalq artisti İlham Namiq Kamalla yanaşı, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, İqrar Salamov, aktyorlar Rəsmiyyə Nurməmmədova, Səmədzadə Xasiyev, İbrahim Əlizadə, Gültac Əlili, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Nigar Qarayeva, Mehriban Rəcəbova ifa edəcək.

Mission News Theme by Compete Themes.