Press "Enter" to skip to content

Türkiyənin yeni parlamentində 31 Mehmet var

TBMM

Son yeniləmə: 17 May 2023 17:41

BAYRAQDAR MEDİA – Türkiyədə mayın 14-də keçirilən parlament seçkiləri nəticəsində formalaşan 28-ci dövr parlamentində millət vəkillərinin adı ilə bağlı maraqlı statistika var.

Kibris Postası xəbər verir ki, Türkiyə Böyük Millət Məclisindəki millət vəkillərindən 31-nin adı Mehmetdir. Onları Mustafa adlı 26 millət vəkili izləyir.

Bundan başqa yeni parlamentdə 16 Ali, 16 Ahmet, 12 Hasan, 9 İsmayıl, 9 Ömər, 8 İbrahim və 8 Murat adlı millət vəkili olacaq.

Yeni dövrdə 10 millət vəkili Kaya, 8-i Demir, 7-i Şahin, 6-sı Öztürk və 5-i Çelik soyadlı olacaq.

Mission News Theme by Compete Themes.