BAYRAQDAR MEDİA – Mayın 16-da Lefkoşa Atatürk Mədəniyyət Mərkəzində “Rənglər paylaşıldığında çoxalır” adlı rəsm sərgisi ziyarətçilərin ixtiyarına verilib.
Haberkibris xəbər verir ki, məlumatına görə, Lefkoşa Türk Bələdiyyəsi və “Başqa Dünya Mümkündür” adlı sərgi ilə əməkdaşlıq çərçivəsində təşkil edilən sərgidən əldə olunan gəlir Çempion Mələklərin Yaşayış Dərnəyinə bağışlanacaq.
Burada 30 rəssamın əsərləri sərgilənəcək. Sərgi mayın 18-dək saat 18.30-dan 20.30-a kimi ziyarətçilərin üzünə açıq olacaq.