Press "Enter" to skip to content

Müstəqil Tatarıstan Hökumətindən deportasiya açıqlaması

18 may Krım tatarlarının sürgün edilməsinin 79-cu ildönümüdür

Son yeniləmə: 18 May 2023 08:47

BAYRAQDAR MEDİA – Müstəqil Tatarıstan Hökuməti 18 may 1944-cü ildə Krım tatarlarının sürgün edilməsinin 79-cu ildönümü ilə bağlı açıqlama yayıb. Açıqlamada Krım tatarlarının məhv edildiyi gündə onların xatirəsini hüzn və dualarla yad edildiyi bildirilib.

Kırım Haber Ajansının məlumatına görə, açıqlamada daha sonra deyilir: “Bütün şəhidlərimizə Allahdan rəhmət, geridə qalanlara isə can sağlığı, rifah və düşmənə qarşı qələbə diləyirik”.

Tatarıstan Müstəqil Hökuməti Krım tatar xalqına qarşı qeyri-insani və əxlaqsız hərəkətləri unutmayacağını bəyan edib.

Mission News Theme by Compete Themes.