Press "Enter" to skip to content

MHP-li Özdəmirdən sorğu şirkətlərinə sərt etiraz

İsmail Özdemir

Son yeniləmə: 17 May 2023 16:39

BAYRAQDAR MEDİA – Milliyyətçi Hərəkat Partiyasının sədr müavini və Kayseri millət vəkili İsmail Özdemir, seçkidən öncə MHP-nin barajdan aşağı olduğunu göstərən anket şirkətlərini tənqid edib.

Twitter hesabından etdiyi paylaşımda o, “Seçkilərdən sonra səsiniz kəsildi, niyə? Türk millətinin MHP-nin lehinə olan iradəsi sizin maskanızı açmaq üçün kifayət idi, elə deyilmi?” deyə yazıb.

İ.Özdemir bu şirkətlrəi üzr istəməyə çağırıb: “Siz camaatı çaşdırdığınız üçün üzr istəməyin fəzilətini belə göstərə bilmədiniz, edə bilməzsiniz!”

Mission News Theme by Compete Themes.