Press "Enter" to skip to content

Mədəniyyət Nazirliyi regionlara təşkil olunan qastrol səfərlərinə başlayıb

BAYRAQDAR MEDİAMədəniyyət Nazirliyi Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində may ayı üçün regionlara təşkil olunan qastrol səfərlərinə başlayıb.

Bu haqda MN-nin yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti mayın 22-i saat 15:00-da Biləsuvar rayon Heydər Əliyev Mərkəzində muğam konsert proqramı ilə çıxış edəcək”.

Qeyd edək ki, ansamblın rəhbəri Mahir Ordubadi, solistlər Respublika va beynəlxalq müsabiqələr laureatı Rəvanə Qurbanova, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Nurlan Əzizbəyli və Taleh Yahyayevdir.

Mission News Theme by Compete Themes.