Son yeniləmə: 17 May 2023 15:12
BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlərdən biri də AMEA Nəsimi adına Dilçilik İnstitutunun çap etdirdiyi “Ömər Faiq Nemanzadə və ana dilimiz” kitabıdır.
Ədibə həsr edilmiş topluda onun hərtərəfli fəaliyyəti (türkçülük, publisistik, etnopedaqoji və s.) yaradıcılıq yolu, əsərlərində dil və imla məsələləri, ana dili təəssübkeşliyi, xalqın maarifləndirilməsi uğrunda yorulmaz mücadiləsi, onun haqqında xatirələr, barəsində yazılanlar, mətbuatdakı çıxışlar, naşirlik işləri, Türk dünyasında oynadığı rol və s. yer alır.
Kitabın girişində Prezident İlham Əliyevin Ö.F.Nemzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı verilib.
Qeyd edək ki, nəşrin elmi redaktorları filologiya elmləri doktoru, Prof. Nadir Məmmədli, filologiya elmləri doktoru, Prof. İsmayıl Kazımov, rəyçilər isə filologiya üzrə fəlsəfə doktoru, Dos. Elnarə Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, Dos. Günel Mirzəyeva, filologiya üzrə fəlsəfə doktoru, Dos. Təhminə İsmayılovadır.