Press "Enter" to skip to content

Dörd ayda 2 milyard manatdan çox

Son yeniləmə: 17 May 2023 14:50

BAYRAQDAR MEDİAƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-aprel aylarında proqnozla müqayisədə 6 faiz və ya 116 milyon manat çox olmaqla 2 milyard 118 milyon manat təşkil edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 17-də nazirlikdən məlumat verilib.

Bildirilib ki, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-aprel aylarında proqnoza nisbətən 8 faiz və ya 116 mln. manat artaraq 1 mlrd. 625 mln. manat olub: “Son 4 ayda DSMF-nin xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 237 mln. manat artaraq 2 milyard 3 milyon manata çatıb”.

Mission News Theme by Compete Themes.