Press "Enter" to skip to content

BSP GERB hökumətini dəstəkləməyəcək

Bolqarıstan parlamenti

BAYRAQDAR MEDİABolqarıstanda yeni hökumət qurmaq üçün prezidentdən səlahiyyət almış GERB-in baş nazirliyə namizədi Mariya Qabriel partiyalarla görüşlər keçirib.

Radio Bolqarıstan xəbər verir ki, BSP lideri Korneliya Ninova GERB-i dəstəkləməyəcəklərini bildirib. O,
büdcə kəsiri və avro zonasına qoşulma ilə bağlı fikir ayrılıqlarının olduğunu deyib.

HÖH lideri Mustafa Karadayı isə Mariya Qabriel ilə söhbətdən sonra “Bolqarıstanın Avropayönlü hökumətə ehtiyacı var və ekspertlər kabinetinin müvəqqəti formulu bizə uğurlu görünür” deyib.

Onun sözlərinə görə, partiyasının demək olar ki, ictimai-siyasi həyatın bütün sahələrində ekspertləri var.

Mission News Theme by Compete Themes.