Press "Enter" to skip to content

“Beynəlxalq incəsənətdə dekolonial aktivizm” mühazirəsi olacaq

BAYRAQDAR MEDİA – Mayın 23-də saat 19:00-da YARAT Müasir İncəsənət Məkanında tədqiqatçı Əfsanə Tahirovanın “Beynəlxalq incəsənətdə dekolonial aktivizm” mühazirəsi olacaq.

Bu haqda YARAT-ın yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “tədqiqatçının mühazirəsində müxtəlif ölkələrin sənətçilərinin öz mədəniyyətlərini dekolonial baxışla necə təmsil etdiklərindən bəhs ediləcək, həmçinin müstəmləkə olmuş ölkələrinin incəsənətinin müstəmləkəçilikdən hələ də təsirləndiyini, öz sənətlərində necə ifadə etdiklərini və digər amillər araşdırılacaq”.

Qeyd edək ki, Ə.Tahirova, Azərbaycanda, Böyük Britaniyada və Avstraliyada təhsil alıb. O, fərdi və kollektiv identiklik mövzusunu, müstəmləkəçiliyin identikliyə təsirini və nəsildən-nəslə ötürülən travmaların identikliyin formalaşmasındakı rolunu araşdırır, incəsənəti identikliyin ifadəsinin vasitələrindən biri kimi tədqiq edir.

Mission News Theme by Compete Themes.