Press "Enter" to skip to content

XİN-dən Andrea Viktorinə cavab

Xarici İşlər Nazirliyi

Ayxan Hacızadə: Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi olan bu fikirləri qəbuledilməzdir

BAYRAQDAR MEDİA – “Bu məsələdə ölkəmizin mövqeyi hər kəsə məlumdur. Avropa İttifaqı səfirinin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi olan bu fikirləri qəbuledilməzdir”.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa Birliyinin Ermənistandakı səfiri Andrea Viktorin tərəfindən səsləndirilmiş fikirlərə dair yerli medianın sualına cavabında deyib.

XİN-in məlumatına görə, A.Hacızadə daha sonra deyib: “Qarabağ bölgəsi Azərbaycanın suveren ərazisidir və Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, erməni sakinlərin də hüquq və təhlükəsizliyi ölkəmizin qanunvericiliyi çərçivəsində təmin olunacaq. Azərbaycan tərəfinin erməni sakinlərlə qeyd edilən istiqamətdə dialoq səylərinə maneçilik törədilməməli, ərazi bütövlüyü və suverenlimizə qarşı olan qərəzli fikirlərə son qoyulmalıdır”.

Mission News Theme by Compete Themes.