Press "Enter" to skip to content

Xələf Xələfov İtaliya parlamentinin nümayəndə heyəti ilə görüşüb

Görüş zamanı

Son yeniləmə: 16 May 2023 10:12

BAYRAQDAR MEDİA – Mayın 15-də xarici işlər nazirinin müavini Xələf Xələfov Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan İtaliya Senatının Avropa Birliyi siyasət daimi komissiyasının sədri, senator Culio Terzi, İtaliya Parlamentində İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri, senator Marko Skuria, İtaliya Deputatlar Palatasının Xarici əlaqələri daimi komissiyasının üzvü, deputat Ettore Rosatodan ibarət nümayəndə heyəti ilə görüşüb.

XİN-dən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-İtaliya arasında çöxölçülü strateji tərəfdaşlıq və onun gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, siyasi, iqtisadi, enerji, humanitar sahələrdə geniş əməkdaşlıq gündəliyi barədə fikir mübadiləsi aparılıb: “Əlaqələrimizin hazırki yüksək səviyyəyə yüksəlməsində parlamentlərarası əməkdaşlığın əhəmiyyəti, bu xüsusda səfər mübadilələrinin vacibliyi qeyd olunub. Nazir müavini Xələf Xələfov post-münaqişə dövründə bölgədə davamlı sülhün bərqərar olması istiqamətində Azərbaycanın səyləri, azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib”.

Məlumata əsasən, İtalyan parlamentarilər Azərbaycanın İtaliyanın mühüm strateji tərəfdaşı, regionun lider ölkəsi olduğunu, bölgədə sülhün bərqərar olunması istiqamətində Azərbaycanın səylərinin təqdirəlayiq olduğunu bildiriblər: “Görüşdə, habelə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, beynəlxalq nəqliyyat layihələrinin həyata keçirilməsində rolu və birgə maraq kəsb edən digər mövzular barədə də fikir mübadiləsi aparılıb”.

Mission News Theme by Compete Themes.