Son yeniləmə: 16 May 2023 14:10
BAYRAQDAR MEDİA – Türkmənistan Prezidenti onlayn formatda Nazirlər Kabinetinin növbəti iclasını keçirib.
Bu barədə Türkmənistanın salamnews.tm saytı xəbər yayıb.
Bildirilib ki, iclasda bəzi təşkilati məsələlər müzakirə olunub: “Türkmənistanın dövlət naziri Batır Amanov “Türkmengaz” Dövlət Konserninin sədri vəzifəsindən azad edilib. Türkmənistanın dövlət naziri Maksat Babayev “Türkmengaz” Dövlət Konserninin sədri təyin edilib.