Press "Enter" to skip to content

Türkmənistan-UNESCO əlaqələrinin 30-cü ildönümüdür

UNESCO

Son yeniləmə: 16 May 2023 11:54

BAYRAQDAR MEDİATürkmənistanın UNESCO-ya üzv olmasının 30 illiyi və Qeyri-Maddi Mədəni İrsin Qorunması haqqında Konvensiyanın qəbul edilməsinin 20 illiyi şərəfinə silsilə tədbirlər keçirilir.

Bu barədə Atavatan-Türkmenistan xəbər verib.

Qeyd edilib ki, Türkmənistan 1993-cü il avqustun 17-də Londonda müvafiq sənədi ratifikasiya edərək UNESCO-nun tamhüquqlu üzvü olub: “1994-cü ildə Türkmənistan UNESCO-nun Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi Konvensiyasına qoşulub. Bu Konvensiya çərçivəsində 1999-cu ildə “Kadımı Mərv” Dövlət Mədəniyyət-Tarixi Qoruğu, 2005-ci ildə “Könürgenç” Dövlət Mədəni-Tarixi Qoruğu, 2007-ci ildə “Nusai Parfiya qalaları” Dövlət Mədəniyyət-Tarixi Abidəsi UNESCO-nun Ümumdünya İrs mirası elan edilmişdir”.

Məlumata əsasən, 30 illiklə bağlı keçirilən tədbirdə Türkmənistanla UNESCO arasında ikitərəfli əməkdaşlığın müsbət nəticələr verdiyi bildirilib: “Həmçinin tədbir çərçivəsində xalq konserti də keçirilib. Bundan başqa bır xsıra sərgi və elmi-praktik konfranslar keçirilib.

Türkmənistanın UNESCO-ya üzv olmasının 30 illiyi və Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi haqqında Konvensiyanın qəbul edilməsinin 20 illiyi münasibətilə ölkənin regionlarında silsilə tədbirlər davam etdiriləcək.

Tədbirlərin finalının bu ilin oktyabrında Aşqabadda Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin Dövlət Muzeyində keçirilməsi planlaşdırılır”.

Mission News Theme by Compete Themes.