Son yeniləmə: 16 May 2023 16:30
Emin Həsənli: Xalqın dəstəyi sayəsində sayın Erdoğan ikinci turda qalib gələcək və Türkiyə ikinci yüz ilində onun rəhbərliyi ilə yeni-yeni uğurlara imza atacaq
BAYRAQDAR MEDİA – “2023-cü il 14 may tarixi təkcə Türkiyənin deyil, dünyanın siyasi tarixinə düşdü. Çünki ikinci yüz ilinə qədəm qoyan Türkiyə Cümhuriyyəti həmin gün dünyaya nümunə olacaq yüksək seçki mədəniyyəti və demokratiya nümayiş etdirdi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Seçkilərin gedişin qardaş ölkədə yaxından izləyən E.Həsənli bildirib ki, dövlət qurumları seçkinin azad, demokratik və sabitlik şəraitidndə keçməsi üçün bütün şəraiti yaratmışdı: “Öz növbəsində Türkiyə vətəndaşları da bu seçkilərdə yüksək əhval-ruhiyyə, mən deyərdim ki, bayram əhval-ruhiyyəsi ilə iştirak etdilər. Nəticədə isə Türkiyə dünyaya demokratik seçki keçirilməsi baxımından bir dərs keçdi”.
Onun sözlərinə görə, türk xalqının seçkilərdə milli iradəsini sərbəst şəkildə ifadə etməsi digər bir baxımdan da xüsusi əhəmiyyətə malikdir: “Seçkidən öncə bəzi bəlli xarici qüvvələr seçkilərdə guya qarşıdurmanın olacağına dar yalan məlumatlar yayır, qara kampaniya aparırdılar. Lakin Türkiyə dövləti və türk xalqı həmin qaranlıq güclərin, təkcə Türkiyənin deyil, türk dünyasının düşmənləri olan bəlli xarici şəbəkələrin, bir sözlə, beynəlxalq müstəvidə bəzi anti-türk dairələrin niyyətini puça çıxardı”.
E.Həsənli əlavə edib ki, bu seçkilər həm də Türkiyə Cümhurbaşqan Recep Tayyip Erdoğana və hakim komandaya xalqın yüksək etimadı baxımından da diqqət mərkəzində oldu: “Bu məsələdə də türk xalqı bəzi xarici düşmən qüvvələrin qara niyyətini puş etdi, arzusunu gözündə qoydu. Xalq bu seçimi ilə R.T.Erdoğanı və mövcud siyasi elitanı birmənalı olaraq dəstəklədiyini ortaya qoydu. Bu da səbəbsiz deyl. Çünki əvvəla, Erdoğan və komandası ən ağır zamanda belə xalqın yanında olub. Digər tərəfdən Türkiyə məhz bu komandanın hakimiyyəti dövründə bütün sahələrdə, xüsusilə də müdafiə sənayəsində misilsiz uğurlara imza atıb. Mən əminəm ki, xalqın bu dəstəyi sayəsində sayın Erdoğan ikinci turda qalib gələcək və Türkiyə ikinci yüz ilində onun rəhbərliyi ilə yeni-yeni uğurlara imza atacaq”.