Son yeniləmə: 16 May 2023 18:22
BAYARQDAR MEDİA – Moldova Respublikasının Qaqauz Muxtar Bölgəsində Qaqauz Muxtar Vilayətinin prezidenti seçkiləri başa çatıb.
Kırım Haber Ajansının məlumatına görə, seçkilərdə Rusiyayönlü Şor Partiyasının namizədi Yevgeniya Qutsul qalib gəlib. O, 27 mindən çox səs toplayıb. Onun rəqibi Qriqori Uzun isə 25 minə yaxın səs toplayıb.
Məlumata əsasən, Moldova Prezidenti Maya Sandu 2023-cü ilin fevralında Rusiyanı ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib. O, Rusiyanın Moldovada dövlət çevrilişi planı hazırladığını iddia edib.
Rusiya iddiaları təkzib etsə də, rusiyalı müxalif jurnalistlər Şor Partiyasının arxasında Rusiyanın dayandığını iddia edirlər.
Rusiyayönlü Şor Partiyası son vaxtlar Moldova hökumətinə qarşı fəal etirazları ilə gündəmə gəlib.