Press "Enter" to skip to content

Orta məktəbdə intellektual oyun

Tədbir zamanı

Son yeniləmə: 16 May 2023 15:57

BAYRAQDAR MEDİA – “Ailəm və məktəbim” layihəsi çərçivəsində paytaxtdakı 193 nömrəli tam orta məktəbdə intellektual oyun keçirilib.

Bu barədə BAYARQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, intellektual oyunun keçirilməsində əsas məqsəd ailə dəyərlərini qoruyub saxlanılaraq gələcək nəsillərə ötürmək, gəncləri yaşlılara hörmət ruhunda tərbiyə etmək, cəmiyyətin təməlini təşkil edən, dəyərlərini yaşadan ailələr və ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etməkdən ibarətdir: “Beynəlxalq Ailə Gününə həsr olunan intellektual oyunda məktəbin fəal ailələrindən ibarət komandalar iştirak edib. Oyun zamanı Azərbaycanın ailə dəyərlərindən bəhs edən filmlərdən maraqlı suallar təqdim olunub. Sonda məktəbin sosial həyatında fəal iştirak edən ailələr mükafatlandırılıb”.

Mission News Theme by Compete Themes.